"Bolonya"nın baş məşqçisi Tyaqo Motta istefaya gedib.
Fanat.Az xəbər verir ki, İtaliya klubu istefa qərarını rəsmi saytı vasitəsilə elan edib.
“Bu səhər Tyaqo Motta kluba "Bolonya" ilə müqaviləsini yeniləməmək niyyətində olduğunu bildirdi. Qərarı nəzərə alan klub çalışdırıcıya gördüyü keyfiyyətli işə görə təşəkkür edir və ona karyerasının qalan hissəsində uğurlar arzulayır”.
"Bolonya" A Seriyasının turnir cədvəlində üçüncü yerdədir. Komanda 37 oyundan 68 xal toplayıb və artıq növbəti mövsümdə Çempionlar Liqasına vəsiqəni təmin edib.
Qeyd edək ki, tanınmış insayder Fabritsio Romano bu səhər Tyaqo Mottanın "Yuventus"a rəhbərlik etməyə razılıq verdiyi barədə məlumat paylaşıb .