Müqavilə ilə "Börnli"yə məxsus olan, cari mövsümü icarə əsasında Almaniyanın "Hoffenhaym" klubunda keçirən Vaut Veqhorstun aqibətinin necə olacağı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.
Mənbə niderlandlı forvardın icarə müqaviləsinin müddəti bitəndən sonra "Börnli"yə qayıdacağını vurğulayıb. "Hoffenhaym"ın sözügedən futbolçunun çıxışından razı qaldığı, ancaq onun transfer hüquqlarına yiyələnmək istəmədiyi bildirilib.
Cari mövsüm 31 yaşlı forvard Almaniya təmsilçisinin forması ilə 30 matça çıxaraq 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Börnli" 2023/2024 mövsümünün yekunlarına əsasən, İngiltərə Premyer Liqasının tərk edib. Komanda növbəti "futbol ili"ndə Çempionşipdə mübarizə aparacaq.
Nihat