"Mançester Yunayted"in əfsanəsi Ueyn Runi özünə yeni iş yeri tapıb .
Fanat.Az xəbər verir ki, o, Çempionşip klubu "Plimut"un baş məşqçisi olub.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mayın 1-də işdən çıxarılan İan Fosteri əvəz edən 38 yaşlı Runi üç mövsümlük müqavilə imzalayıb.
2023/24 mövsümünün sonunda "Plimut" aşağı liqaya düşən komandalar üzərində bir xal fərqi ilə Çempionşipdəki yerini qoruyub saxlaya bilib.