PSJ-nin baş məşqçisi Luis Enrike Paris təmsilçisini "Real Madrid"ə dəyişəcəyi dəqiqləşən Kilian Mbappeni heç bir futbolçunun əvəzləyə bilməyəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Reuters" onun sözlərini belə çatdırıb:
"Bu mövsüm mənə Kilianı çalışdırmaq qismət oldu. Mbappeni əvəzləyəcək futbolçu yoxdur. Onun yoxluğunu komanda şəklində unutdurmağı planlaşdırırıq. Bizə dörd, beş və ya altı yeni oyunçu lazımdır. Kilianı komanda əvəzləyəcək".
Nihat