Argentina millisinin bir neçə oyunçusu təlim-məşq toplanışından sonra nümayişkaranə şəkildə komandanın düşərgəsini tərk edib.
Fanat.Az xəbər verir ki, söhbət qadınlardan ibarət yığmadan gedir.
ESPN-in məlumatına əsasən, Laurina Oliveyros, Xulieta Krus və Lorena Benites Argentina millisinin Kosta-Rika ilə keçirəcəkləri yoldaşlıq oyunları öncəsi etiraz bildirərək komandadan ayrılıblar.
Qızlar qərarlarını komandadakı şəraitlə izah ediblər. Krus bildirib ki, toplanış ərzində onlara yemək əvəzinə, banan və sendviç verilib. Üstəlik, yığma rəhbərliyi tərəfindən stadiona gəlmək istəyən futbolçuların yaxınlarından pul tələb olunub. Halbuki, yoldaşlıq görüşləri Buenos-Ayresdə keçiriləcək: "Biz haqsızlıqdan, dəyər verilməməkdən, eşidilməməkdən və daha da pisi, alçaldılmaqdan bezmişik. Argentinanın qadın komandasında islahata ehtiyac var. Mən təkcə maliyyədən danışmıram. Məşq, qidalanma, təşkilatçılıq, münasibət...dözülməzdir”.