Çempionlar Liqasının finalçısı "Borussiya Dortmund" vinger Kərim Adeyemini satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.
Mənbənin məlumatına görə, klub futbolçunun çıxışından narazıdır. "Arılar" yayda gələcək təklifləri qiymətləndirəcək. Artıq futbolçu ilə İngiltərə Premyer Liqasının bir neçə klubunun maraqlandığı bildirilir.
Adeyemi 2022-ci ildən "Borussiya"da çıxış edir. 22 yaşlı almaniyalı ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa