"Brayton"un keçmiş baş məşqçisi Roberto De Zerbi "Bolonya"nın maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
İtaliya klubunun idman direktoru Covanni Sartori mütəxəssislə müqavilə imzalamaq üçün danışıq aparır. Müqaviləsini yeniləməyən Tyaqo Motta "Yuventus"a rəhbərlik edəcək .
De Zerbi ötən mövsümün sonunda "Brayton"dan ayrılıb. İtalyan mütəxəssis də A Seriyasına qayıtmaq istəyir.
Mirağa