"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp azarkeşlərlə vida mərasimində çıxış edib.
Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə komandasına keçməyin həyatında ikinci ən yaxşı qərar olduğunu deyib.
"Ulla (Kloppun arvadı) ilə evlənməkdən sonra, "Liverpul"a keçmək mənim həyatımdakı ən yaxşı qərarım idi".
Ulla Kloppun ikinci həyat yoldaşıdır, Sabine ilə ilk evliliyi pozulduqdan sonra məşqçi 2005-ci ildə yenidən evlənib. Ulla Klopp ilə Münhendəki Oktoberfestdə tanış olub və orada ofisiant kimi çalışıb. Cəmi üç gün bir-birlərini tanıdıqdan sonra birlikdə olmağa qərar veriblər.
Alman futbolçu 2015-2024-cü illərdə "Liverpul"da çalışıb.
Mirağa