"Bayern Münhen" Vinsent Kompani ilə münasibətləri bu gün rəsmiləşdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Nəşrin redaktoru Kristian Falk xəbəri sosial şəbəkə hesabında paylaşaraq bildirib ki, belçikalı mütəxəssis bu gün Münhenə gələcək və "Bayern" ilə 2027-ci ilə qədər müddətə müqavilə imzalayacaq.
Klubun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge də Kompaninin komandaya rəhbərlik edəcəyini təsdiqləyib.
Kompani 2022-ci ilin yayından "Börnli"ni çalışdırırdı. Sözügedən komanda bu mövsüm Premyer Liqadan aşağı liqaya yuvarlanıb. Britaniya klubunun "Bayern"dən 10-12 milyon avro təzminat alacağı gözlənilir.
38 yaşlı Kompani "Börnli"dən əvvəl "Anderlext"i çalışdırıb.
"Bayern"in baş məşqçi postu Tomas Tuxelin gedişindən sonra boş qalıb.
Mirağa