"Şabab Əl-Əhli" klubu baş məşqçisi Marko Nikoliçlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin rəsmi saytı yayıb.
44 yaşlı serbiyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Onun funksiyasını çempionatın son turunun oyununa köməkçisinin çıxaracağı diqqətə çatdırılıb.
Sona 1 tur qalmış 55 xalı olan "Şabab Əl-Əhli" BƏƏ çempionatının turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Lider "Əl-Vəsl"in isə 64 xalı var.
Nihat