"Real Madrid"in vingeri Vinisius Junior Çempionlar Liqasının final matçından - iyunun 1-də Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Bu matçda "Real"ın heyətində yer almaq çox həyəcanverici məqamdır. Meydana çıxa biləcəyim üçün çox xoşbəxtəm. 2022-ci ildəki finalda oynamağın və qol vurmağın həzzini yaşamışam, amma daha artığını istəyirəm. Biz indi növbəti həlledici qarşılaşma haqda düşünməliyik. Ardından isə digər finalın xəyyalarını quracam. Əla mövsümün yekunu sayılan matça çox yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, Londondakı "Uembli" stadionunda baş tutacaq finalın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat