Məhəmməd Adıyev Qazaxıstan millisinin baş məşqçi postunu tərk edib.
Fanat.Az Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ailə vəziyyətini əsas gətirərək vəzifəsindən ayrılıb.
Paralel olaraq "Axmat"ı da çalışdıran mütəxəssis daha öncə Çeçenistan klubu ilə müqavilə yeniləməsi ilə bağlı yaranan problemləri Qazaxıstan millisindəki işi ilə əlaqələndirmişdi.
Qeyd edək ki, Adıyevin Qroznı təmsilçisi ilə müqaviləsinin müddəti 1 iyun tarixinə qədər nəzərdə tutulub.
Nihat