“Roma” “Leypsiq”in keçmiş müdafiəçisi Anxelinyonun transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti ispaniyalı futbolçunun keçidini rəsmən açıqlayıb.
"Oyunçunun həm meydanda, həm də meydandan kənardakı keyfiyyətlərini yüksək qiymətləndirən klub onu geri almaq opsiyasından istifadə etmək qərarına gəlib", - açıqlamada deyilib.
Konkret məbləğ açıqlanmayıb, lakin şayiələrə görə, onun "Roma"ya təxminən 5 milyon avroya başa gəldiyi bildirilir. Yeri gəlmişkən, "Leypsiq" 2021-ci ildə müdafiəçini "Mançester Siti"dən 18 milyona almışdı.
27 yaşlı müdafiəçi "Roma"nın heyətində 37 oyun keçirib (2583 dəqiqə), 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa