"Çelsi"nin hücumçuları Romelu Lukaku və Armando Broya yay fasiləsində klubu tərk edəcəklər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Futbolçular ötən mövsümü icarə əsasında başqa klublarda keçiriblər. Lukaku “Roma”da, Broya isə “Fulhem”də oynayıb. "Zadəganlar" hücumçuları üçün potensial alıcıları gözdən keçirməyə başlayıb.
Eyni zamanda, "Çelsi" yeni hücumçu axtarışlarını davam etdirir.
Mirağa