Tanınmış italiyalı mütəxəssis Mauritsio Sarri Yunanıstan "Panatinaikos"una baş məşqçi təyin edilə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı SDNA yayıb.
Xəbərə görə, Fatih Terimlə vidalaşan Afina təmsilçisi Sarriyə vergilər nəzərə alınmadan, 4,5 milyon avro maaş fonunda 3 illik müqavilə təklifi göndərib.
"Panatinaikos"un planı reallaşsa, sözügedən çalışdırıcı Yunanıstan idmanı tarixində ən çox maaş alan məşqçi olacaq.
Sarri son olaraq "Latsio"ya rəhbərlik edib. O, Roma təmsilçisindən bu ilin mart ayında ayrılıb.
Nihat