Toni Kroosun gedişindən sonra "Real Madrid"də "8" nömrəli formanı kimin geyinəcəyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Daha doğrusu, "Kral klubu"nun digər yarımmüdafiəçisi Federiko Valverde ona bu haqda məlumat çatdırıb: "15 nömrə"ni sevirəm, "Real Madrid"dəki arzularım onunla başladı. Amma bəli, iki aya onu dəyişəcəm. Kroosun gedişindən sonra "8"-i geyinəcəyim üçün sevinirəm".
Xatırladaq ki, Federiko Valverde “Real Madrid”ə 2018-ci ilin yayında keçib. Bu mövsüm o, 54 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa