"Real Madrid"in Kilian Mbappenin keçidini elan edəcəyi dəqiq tarix bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.
Xəbərə görə, "Kral klubu" PSJ-dən azad agent qismində ayrılan ulduz hücumçunu heyətinə qatdığını ictimaiyyətə bu gün açıqlayacaq.
Qeyd edək ki, daha öncə Avropa mətbuatında Mbappenin artıq "Real"la müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzaladığı barədə məlumatlar yayılıb.
Nihat