"Barselona"nın hücumçusu Robert Levandovski Türkiyənin "Fənərbağça" klubunun onunla maraqlanmasına reaksiya bildirib.
Fanat.Az xəbər verir ki, "Barca Universal" 35 yaşlı polyak ulduzun cavabını belə təqdim edib:
"Fənərbağça" məni transfer etmək istəyir? Mən hələ bu barədə heç nə bilmirəm".
Qeyd edək ki, Joze Mourinyunun İstanbul nəhənginə baş məşqçi təyin olunmasından sonra mətbuatda Levandovskinin “Fənərbağça”ya transferi ilə bağlı məlumatlar yayılıb.
Robertin "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.
Ötən mövsüm Levandovski 35 matçda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.
Mirağa