Türkiyəli mütəxəssis Fatih Terimlə vidalaşan "Panatinaikos"dan 3 illik müqavilə təklifi alan Mauritsio Sarri yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı tanınmış jurnalist Canluka Di Martsio yayıb.
Mənbə Sarrinin Yunanıstan təçsilçisini çalışdırmaqdan imtina etdiyini bildirib.
"Panatinaikos" Terimin rəhbərliyi altında Yunanıstan Super Liqasını 72 xalla 4-cü pillədə başa vurub.
Sarri son olaraq "Latsio"ya rəhbərlik edib. O, Roma təmsilçisindən bu ilin mart ayında ayrılıb.
Nihat