Avropa çempionatı ərəfəsində Ukrayna millisi ilə yoldaşlıq görüşünə çıxan (0:0) Almaniya millisinin təcrübəli futbolçusu Tomas Müller həmin matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sport" ön xətt oyunçusunun dediklərini belə çatdırıb:
"Təəssüf ki, qol vura bilmədik. İkinci hissədə əldən verdiyimiz fürsətləri nəzərə alsaq, qol vurmağa layiq idik. Ancaq hərdən belə də olur".
Xatırladaq ki, Almaniya seçməsi Ukrayna ilə iyunun 3-də qarşılaşıb. Görüş Nürnberqdəki "Maks Morlok Ştadion"da keçirilib.
Nihat