"Yuventus"un hücumçusu Kayo Jorje karyerasını Braziliya çempionatında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Kruzeyro"nun mətbuat xidməti 22 yaşlı futbolçunun transferi ilə bağlı Turin klubu ilə razılaşdıqlarını rəsmən açıqlayıb.
Tərəflər yalnız futbolçunun tibbi müayinədən keçəcəyi təqdirdə qüvvəyə minəcək 5 illik müqaviləyə imza atıblar.
Jorje ötən mövsüm "Frozinone"yə icarəyə verilib. O, sözügedən komandanın heyətində A Seriyasında 20 matçda iştirak edib və 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa