Bu gecə Meksika millisi ilə Uruqvay arasında yoldaşlıq görüşü keçirilib.
Fanat.Az xəbər verir ki, oyun Uruqvayın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Cənubi amerikalıların qollarından üçünü 7, 44 və 49-cu dəqiqələrdə "Liverpul"un forvardı Darvin Nunyes vurub. Digər qola isə 26-cı dəqiqədə "Qranada"nın yarımmüdafiəçisi Fakundo Pelyistri imza atıb.
Matçın sonlarında Uruqvay millisinin və "Krasnodar"ın sağ cinah müdafiəçisi Lukas Olasa zədələnərək meydanı tərk edib.
Nihat