"Lester Siti"nin baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı "talkSPORT" yayıb.
Xəbərə görə, bu, uelsli çalışdırıcı Stiv Kuperdir. Mənbə "Lester" rəhbərliyinin 2023-cü ilin dekbarında "Nottingem Forest"dən qovulandan bəri işsiz olan 44 yaşlı mütəxəssislə danışıqlara başladığını vurğulayıb.
Xatırladaq ki, "Lester"lə Çempionşipin qalibi olan Entso Mareska iyunun 3-də "Çelsi"nin "sükanı arxası"na keçib. O, "zadəganlar"la müddəti 2029-cu ilin yayına qədər olan müqavilə bağlayıb.
Nihat