Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder uşaqlıqda hansı kluba azarkeşlik etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Madrid Xtra" onu sözlərini" belə çatdırıb:
"Uşaqlıqda "Real" azarkeşiydim. Küçədə Raulun forması ilə oynayırdım. Sonradan onunla eyni komandada çıxış etdik. Bu, inanılmazdır. O, dünyanın ən yaxşı hücumçusu idi. Bütün ailəm "Real2a azarkeşlik edir. Atam Çempionlar Liqasının son finalında bərk həyəcan keçirirdi. Ona dedim ki, asan qələbə qazanacağıq. Düzdür, asan olmadı, ancaq qazandıq.
Ən çox hansı oyunçunun çıxşını bəyənirəm? Müasir futbolda klassik "10 nömrə" anlayışı olmasa da, Luka Modriç meydanı əla görür. O, öz mövqeyində dünyanın ən yaxşısı adlandırıla biləcək istedadda oyunçudur".
Xatırladaq ki, Sneyder 2007-2009-cu illər aralığında "Real Madrid"in formasını geyinib.
Nihat