"Real Mdarid"in gənc yarımmüdafiəçisi Cud Bellingem üç ay oynamaya bilər
Fanat.Az xəbər verir ki, məlumatı "Cadena SER" yayıb.
Xəbərə görə, La Liqa oyunlarının birində çiynindən xəsarət alan 20 yaşlı yarımmüdafiəçi əməliyyat olunacağı halda, təxminən üç ay bərpa prosesi keçməlidir.
Hazırda İngiltərə millisinin düşərgəsində AÇ-2024-ə hazırlaşan Cudun konservativ müalicə aldığı bildirilib.
Qeyd edək ki, Bellingem ötən mövsüm "Real" forması ilə 42 oyuna çıxaraq 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat