"Barselona"nın yetirməsi Karles Alenya Kataloniya klubu ilə "Real Madrid" arasındakı rəqabətdən danışıb.
Fanat.Az xəbər verir ki, futbolçu "Sport.es"-ə maraqlı açıqlaması ilə diqqət çəkib:
“Mən "Barselona"nın "ölümünə azarkeşi"yəm, amma "Real Madrid" əla klubdur. Təklif olsa, heç vaxt onlardan imtina etməzdim. Mən həmişə böyük klubda oynamaq istəmişəm”.
Xatırladaq ki, 2021-ci ilin yayında Alenya "Barselona"dan ayrılaraq "Xetafe"yə keçib. Yarımmüdafiəçi ötən mövsüm İspaniya çempionatında 29 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa