"Bayern Münhen" rəhbərliyi komandanın yarımmüdafiəçisi Yozua Kimmix barədə yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Münhen təmsilçisinin Kimmixlə yeni müqavilə ilə bağlı apardığı danışıqlar uğursuz alınıb və klub sözügedən futbolçunu bu yay satmağa hazırdır.
Daha öncə Yozuanı "Barselona" və "Əl-Əhli"nin sıralarına cəlb etmək istədiyi barədə xəbərlər dərc edilib.
Xatırladaq ki, Kimmixin "Bayern"lə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Son mövsümdə bütün turnirlərdə 43 matça çıxan alman oyunçu 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat