Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu “Yuventus”un qapıçısı Voytsex Şesnini transfer etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, “Montsa”dan Mişel Di Qreqorionu alan, üstəlik Mattia Perinlə müqaviləni uzatmaq niyyətində olan “qoca sinyora” da 34 yaşlı polşalını Kriştianu Ronaldunun komandasına buraxmağa hazırdır. Şesni özü isə Səudiyyə Ərəbistanı klubuna keçməkdə maraqlı deyil.
Voytsex Şesni başa çatan mövsüm "Yuventus"un heyətində 35 oyun keçirib və 30 qol buraxıb. O, 15 matçda qapısını toxunulmaz saxlayıb.
Mirağa