Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç rəhbərlik etdiyi komandanın mərkəz müdafiəçisi Yoşko Qvardioldan danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Xorvatiya Futbol İttifaqının rəsmi saytı belə çatdırıb:
"O, həqiqətən universaldır. Yoşkonun yaxşı gücü, enerjisi var. Qvardiol bizə müdafiənin sol cinahında lazımdır. Çünki müdafiədə işini görməklə yanaşı, hücumların təşkilinə də töhfə verə bilər. Son aylardakı çıxışı dediklərimin təsdiqidir. Yoşko istənilən mövqedə oynamağa qadir futbolçudur. O, həm bu günün, həm də gələcəyin oyunçusudur. Qvardiol yəqin ki, dünyanın ən yaxşı müdafiəçilərindən biri, bəlkə də birincisi olacaq".
Qeyd edək ki, Xorvatiya bu ay Almaniyada start götürəcək Avropa çempionatında İspaniya, İtaliya və Albaniya ilə eyni qrupda mübarizə aparacaq. AÇ-2024 14 iyun - 14 iyul aralığında baş tutacaq.
Nihat