Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa çempionatı ərəfəsində dünən Kanada seçməsi ilə keçirdikləri yoldaşlıq görüşünü (0:0) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini Fransa Futbol Federasiyasının mətbuat xidməti belə çatdırıb:
"Gərgin mübarizə getdi. İlk yarıda, xüsusilə ilk yarım saatda yaxşı imkanlarımız oldu. Çünki birinci hissənin son 15 dəqiqəsi çətin alındı. Təbii ki, sınaq qarşılaşmalarında çatışmazlıqları görmək imkanı qazandıq. Avropa çempionatı ərəfəsində turnirdə iştirak edəcək digər yığmaların da çətin yoldaşlıq oyunları olub. Bu qarşılaşmada qazandığımız təcrübədən Avropa çempionatında istifadə edəcəyik".
Qeyd edək ki, Fransa seçməsi AÇ-2024-də D qrupunda mübarizə aparacaq. "Xoruzlar" Niderland, Polşa və Avstriya seçmələrinə nəyə qadir olduqlarını göstərməyə çalışacaqlar.
Nihat