"Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu komandadan ayrılıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı oyinçu müddəti başa çatan müqaviləsini yeniləməyib.
Fransalı futbolçu 2021-ci ildən "sarı sualtı qayığ"ın uğurları üçün çalışırdı.
Kapu "Vilyarreal"ın forması ilə ümumilikdə 148 oyuna çıxaraq 12 qola imza atıb.
Nihat