Niderland millisinin baş məşqçisi Ronald Kuman komandanın yarımmüdafiəçisi Frenki de Yonqun iyunun 14-də start götürəcək Avropa çempionatında oynamağa hazır olmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Kumanın sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Təəssüf ki,o, hələ də meydana çıxmağa hazır deyil. Frenkinin əvvəllər də belə zədəsi olub. Ona görə də biz onun sağlamlığı haqda düşünməliyik. Klubu Frenkinin sağlamlığını təhlükə altına atıb, olan isə bizə olub".
Xatırladaq ki, 27 yaşlı de Yonq aprelin sonlarında topuğundan xəsarət alsa da, onun adı Niderland millisinin mayın 29-da açıqlanan yekun heyətinə salınıb.
Nihat