Niderland millisinin daha bir futbolçusu iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatını buraxacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "narıncılar"ın mətbuat xidməti yayıb.
Xəbərə görə, bu, "Atalanta"nın yarımmüdafiəçisi Tön Kompeynersdir.
Dünən Rotterdamda İslandiya millisi ilə yoldaşlıq oyunundan (4:0) öncə isinmə hərəkətləri edərkən zədələnən Kompeynersin aldığı xəsarətin ciddi olduğu bildirilib.
Xatırladaq ki, daha öncə "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun da qitə birinciliyində "portağallar"a kömək edə bilməyəcəyi bəlli olub.
Nihat