İran millisinin qapıçısı Əlireza Beyranvand karyerasını Rusiya Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "EviralNews" yayıb.
Xəbərə görə, 31 yaşlı qapıçının xidmətində Moskva "Spartak"ı maraqlıdır. "Xalq komandası"nın yeni baş məşqçisi Deyan Stankoviçin hazırda "Persepolis"in formasını geyinən qolkiperin bacarığına güvəndiyi və onun transferinin komandaya böyük fayda verəcəyini düşündüyü vurğulanıb.
Qeyd edək ki, Beyranvand daha öncə Belçikanın "Antverpen" və Portuqaliyanın "Boavişta" klublarının da formasını geyinib. "Transfermarkt" portalı sözügedən "çərçivə" qoruyucusunun transfer qiymətini 1,2 milyon avro ilə dəyərləndirir.
Nihat