"Barselona"nın prezidenti Joan Laporta klubunu tərifləyib.
Fanat.Az xəbər verir ki, “Marca” klub funksionerinin dediklərini belə təqdim edib:
“Barselona"nın brendi güclüdür. Biz dünyanın ən yaxşı klubuyuq, Çempionlar Liqasında 48 qələbəmiz var”.
Şübhəsiz, Laporta “Barselona”nın təkcə futbolda (kişilər və qadınlar arasında) deyil, digər idman növlərində, xüsusən də mini-futbol və basketboldakı uğurlarını da vurğulayaraq qələbə sayını artırıb. Halbuki, "Barselona" cəmi 5 dəfə - 1992, 2006, 2009, 2011 və 2015-ci illərdə Çempionlar Liqasının qalibi olub. Bu kuboku onlardan daha çox dörd klub qazanıb: "Real Madrid" (15 dəfə), "Milan" (7), "Liverpul" (6) və "Bayern" (6).
Mirağa