Rusiyanın "Zenit" klubu iki yarımmüdafiəçinin - Jedson Fernandeş və Baktiyor Zaynutdinovun transferi ilə bağlı "Beşiktaş"la razılığa gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı "Sabah Spor" yayıb.
Mənbə Sankt-Peterburq təmsilçisinin qarşı tərəfə Fernandeş üçün 17 milyon avro + 2 milyon avro bonus, Zaynutdinova görə isə 4,5 milyon avro ödəyəcəyini vurğulayıb.
Geridə qalan mövsümdə 26 yaşlı Zaynutdinov bütün turnirlərdə 42 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qara qartallar"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
2022-ci ildən İstanbul təmsilçisinin uğurları üçün çalışan Fernandeş son "futbol ili"ndə 45 qarşılaşmada mübarizə aparıb. O, bu görüşlərdə 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı Jedsonun "Beşiktaş"la anlaşmasının müddəti 2027-ci ilin yayında başa çatacaq.
Nihat