UEFA Albaniya millisini cəzalandırıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutan görüşdə - İtaliya ilə matçda (1:2) alban tərəfdarların qeyri-etik davranışlarına görə yığmanı cərimələyib.
Fanatların meydana müxtəlif əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, oyun zamanı azarkeşin meydana daxil olması və təxribat xarakterli mesajlar nümayiş etdirməsi səbəbindən Albaniya 37,3 min avro ziyada düşəcək.
Nihat