Polşa millisinin qapıçısı Voytsex Şensnı Avropa çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün Avstriya seçməsinə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun dediklərini belə çatdırıb:
"Avstriya ilə son iki oyunla bağlı yaxşı xatirələrimiz var. Biz həmin görüşlərdə onlara uduzmamışıq və qapımızdan qol buraxmamışıq. Amma bilirik ki, çox güclü və təşkilatlanmış rəqibə qarşı mübarizə aparmalıyıq.
Gərginəmmi? Yox, sadəcə, adrenalin var".
Xatırladaq ki, Avstriya qrup mərhələsinin 1-ci turunda Fransaya (0:1), Polşa isə Niderlanda (1:2) uduzub.
Nihat