Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda keçirilən Türkiyə - Portuqaliya (0:3) oyunu maraqlı görüntülərə səhnə olub.
Fanat.Az xəbər verir ki, Dortmunddakı "Siqnal İduna Park"da baş tutan qarşılaşmanı izləyən türkiyəli fanatlar 39 yaşlı superulduzu "Fənərbağça"ya keçməyə səsləyiblər.
İstanbul təmsilçisinin bir qrup azarkeşi tribunadan üzərində "Ronaldu, "Fənərbağça"ya gəl" yazılmış banner asıblar:
Xatırladaq ki, hazırda "Fənər"i portuqaliyalı mütəxəssis Joze Mourinyu çalışdırır.
Nihat