"Astin Villa"nın yarımmüdafiəçisi Duqlas Luis karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu "Yuventus" ilə razılığa gəlib.
Mənbə Luisin gələn həftə Turin klubu üçün tibbi müayinədən keçəcəyini vurğulayıb. Xəbərə görə, "Aston Villa" bu transferdən 30 milyon avro qazanacaq.
Qeyd edək ki, son mövsümdə Birmingem təmsilçisinin forması ilə bütün turnirlərdə 53 oyuna çıxan Luis 10 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub.
Nihat