Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Macarıstana qarşı keçirdikləri oyunu (1:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında belə danışıb:
"Heç-heçə etsək də, qrupu lider olaraq tamamladıq. Bu, sevindiricidir. İsveçrə güclü rəqibdir. Oyunda geridönüş yaradaraq 1 xal qazandığımız üçün xoşbəxtəm. Buna layiq idik. Start heyətini müəyyənləşdirmək üçün rəqib komandanı əvvəlcə təhlil edirik. Ehtiyat oyunçular skamyasında oturan Niklas Füllkruqun oyuna sonradan çıxaraq növbəti dəfə qol vurması əladır".
Nihat