PSJ-nin müdafiəçisi Layvin Kurzava karyerasını başqa çempionatda davam etdirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü "Carre" nəşrinə müsahibəsində bildirib:
“Bir çox Fransa klubları mənə müraciət etdilər, amma mən burada oynamamaq qərarına gəlmişəm. Burada insanların yanlış təsəvvürləri var. Məsələn, döymələri olana pis adam obrazı ilə yanaşırlar".
Kurzava 2015-ci ildən PSJ-nin oyunçusudur. Ötən mövsüm o, cəmi bir oyunda iştirak edib. 31 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi bu yay başa çatır.
Mirağa