Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan Fransa – Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, polşalı qapıçı Lukaş Skorupski qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Qolkiper görüşdə 7 dəfə komandasını qoldan xilas edib.
Oyun isə heç-heçə yekunlaşıb – 1:1.