Almaniya millisinin sabiq futbolçusu Şkodran Mustafi 32 yaşında futbolçu karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Müdafiəçinin son klubu 2023-cü ilin yayında tərk etdiyi "Levante" olub. O vaxtdan bəri o, azad agentdir.
Mustafi daha çox “Arsenal”dakı çıxışı ilə tanınır. Alman futbolçu karyerası ərzində "Hamburq", "Sampdoriya", "Valensiya" və "Şalke"də də çıxış edib. O, Almaniya millisinin üzvü kimi dünya çempionu olub.
Mustafi Almaniyanın U-17 millisində baş məşqçinin köməkçisi vəzifəsində çalışacaq.
Mirağa