Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin AÇ-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Türkiyə - Çexiya matçını böyük coşqu ilə izlədiyi videogörüntü paylaşıb.
Fanat.Az xəbər verir ki, dəstəyə görə ölkəmizə təşəkkür edən qardaş ölkənin rəsmi qurumu paylaşımda bunları qeyd edib:
"Can Azərbaycandan bizim uşaqlara tam dəstək! Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib. Sağ ol, can Azərbaycan, sağ olun, Qarabağ aslanları. Biz həmişə birik!".
Can Azerbaycan’dan #BizimÇocuklar’a tam destek!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 26, 2024
Bugün 106’ncı kuruluş yıl dönümünü kutlayan #Azerbaycan Silahlı Kuvvetlerinin Kahraman Mehmetçikleri, A Millî Futbol Takımımızın 2-1 kazandığı Çekya maçını coşkuyla takip ederek Cenk Tosun’un galibiyeti getiren golüne işte böyle… pic.twitter.com/9AFZGApqX9