"Arsenal"ın və İngiltərə millisinin sabiq forvardı İan Rayt İngiltərə millisinin Avropa çempionatındakı çıxışını tənqid edib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:
"Hələ İngiltərə üçün hər şey lazım olan qədər yaxşı deyil. Palmer və Maynu işlərinin öhdəsindən yaxşı gəldilər, amma istəyərdim ki, Qordona da daha çox şans versinlər. Bəxtimiz gətirdi ki, qrupdan çıxa bildik. Qarşıda hələ dinamika və özünəinam baxımından görülməli olan çox iş var".
Xatırladaq ki, İngiltərə seçməsi yer aldığı C qrupundakı mübarizəni 5 xalla başa vuraraq qrup lideri qismində 1/8 finala yüksəlib.
Nihat