"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin "Kral klubu"ndakı gələcəyi ilə bağlı qərarını verib.
Fanat.Az-ın "Marca"ya istinadən məlumatına görə, 25 yaşlı qolkiper İspaniya nəhəngi ilə müddəti 2025-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməyəcək.
Mənbə Luninin hələ son Çempionlar Liqasının finalında meydana çıxmayandan sonra fikrini qətiləşdirdiyini, "Real" rəhbərliyinin isə onu sözləşməsinin müddəti bitənədək heyətdə saxlamaq istədiyini bildirib.
Nihat