"Monako"nun dayaq yarımmüdafiəçisi Yussuf Fofana karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, 25 yaşlı futbolçunun xidmətində "Milan" maraqlıdır. Mənbə "qırmızı-qaralar"ın bu keçid üçün Fransa klubuna 25 milyon avro təklif etdiyini vurğulayıb. "Monako"nun oyunçusu ilə bağlı qərarını Almaniyada keçirilən Avropa çempionatı başa çatandan sonra verəcəyi bildirilib. İngiltərə Premyer Liqasından da Real təklifi olan Fofananın özünün "Milan" variantını üstün tutduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, son mövsümdə "Monako" forması ilə 36 matça çıxan Yussuf 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı fransalı oyuçunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat