"Atletiko"nun və Niderland millisinin hücumçusu Memfis Depay Madrid klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Madrid klubu müdafiəçilər Mario Hermoso və Qabriel Paulista, həmçinin cinah oyunçusu Vitolo ilə də müqaviləni yeniləməyib.
Dörd oyunçunun hamısı azad agent statusu qazanıblar.
Ötən mövsüm 30 yaşlı Depay “Atletiko”nun heyətində 31 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.
29 yaşlı Hermoso 45 oyunda 2 qol və 2 məhsuldar ötürmə edib.
33 yaşlı Paulista 24 oyun keçirib və effektli olmayıb.
34 yaşlı Vitolo isə 2023/24 mövsümündə "Atletiko Madrid"in heyətində keçirməyib.