Çili millisinin futbolçusu Aleksis Sançes İtaliyanın "İnter" klubu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı hücumçu ilə başa çatan müqavilə myenilənməyib.
Aleksis Sançes 2019-cu ildən İtaliya nəhəngində çıxış edirdi. O, bu müddətdə "neradzurri"də 5 kubok qazanıb.
Ulduz forvard ötən mövsüm bütün turnirlərdə 33 matça çıxaraq 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa